Avropa Oyunlarına görə tələbələrə güzəşt

Avropa Oyunlarına görə tələbələrə güzəşt
  10 Aprel 2015    Oxunub:2174
Azərbaycan Dillər Universitetinin sosial şəbəkədəki səhifəsində maraqlı məlumat paylaşılıb.
AzVision.az-ın məlumatına görə, elanda bildirilir ki, “Bakı 2015”də iştirak edən tələbələrə universitet tərəfindən güzəştlər olacaq.

Həmin elanı təqdim edirik:

“Əziz ADU tələbələri,

Sizlərə yay imtahan sessiyası ilə əlaqədar bir neçə vacib məqamları qeyd edirik.

İlk olaraq ADU TGT olaraq hər bir tələbə dostlarımıza bol uğurlar arzulayırıq!

May ayının 12-dən etibarən universitetimizdə yay imtahan sessiyası başlayacaq. 4 may tarixindən etibarən isə tələbələr müvafiq kafedralara müraciət edərək imtahan suallarını əldə edə biləcəklər (imtahan biletlərini deyil, yalnız sualları). Digər bir məqam isə Baku 2015 İlk Avropa Oyunlarında könüllü olaraq rəsmi şəkildə iştirak edəcək tələbələrə aiddir. Əgər imtahanlar vaxtı oyunlarla bağlı hər hansı tədbir və yaxud treninqlər keçiriləcəkdirsə (yəni imtahan vaxtı ilə üst üstə düşmə halı) və həmin tələbələrin orada iştirakı mütləq vacib olacaqdırsa, həmin tələbələrə güzəşt olaraq dekanlıqlar tərəfindən onların uyğun vaxtlarına görə imtahanlar təşkil olunacaq.

Bir daha bütün ADU tələbələrinə Baku-2015 İlk Avropa Oyunlarında ölkəmizi, universitetimizi ən yüksək səviyyədə təmsil etməyi və təhsillərində bol uğurlar arzulayırıq!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti